2010-cu il dövlət büdcəsinə dəyişikliklərlə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə dair rəy

 

2010-cu il dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş 10015,0 mln. manat proqnozun 1490,0 mln. manat və ya 14,9% artırılaraq 11505,0 mln. manata, dövlət büdcəsinin xərcləri üzrə təsdiq edilmiş 11264,0 mln. manat proqnozun 1011,3 mln. manat və ya 9,0% artırılaraq 12275,3 mln. manata çatdırılmasını, şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğin 30,8 mln. manat azaldılmasını və bunun müqabilində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin 30,7 mln. manat artırılmasını, habelə icmal büdcənin xərclərinin yuxarı həddinin məbləğinin təsdiq edilmiş 12635,8 mln. manatdan 1714,8 mln. manat artırılmaqla 14350,6 mln. manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsirinin 6714,0 mln. manat həcmində təsdiq olunmuş səviyyədən 1221,3 mln. manat artırılmaqla 7935,3 mln. manat məbləğlərində müəyyənləşdirilməsini əsaslı yanaşma hesab edirik.

 

Dünya ölkələrində büdcə kəsirinin ciddi problemə çevrilməsi və bu məsələnin həlli məqsədilə bir çox sosial xərclərin, o cümlədən əmək haqlarının azaldılması fonunda dövlət büdcəsi kəsirinin yuxarı həddinin proqnozla müəyyən edilən 1249,0 mln. manatdan 478,7 mln. manat azaldılmaqla 770,3 mln. manat həddində müəyyənləşdirilməsi 2010-cu ilin  dövlət büdcəsinə edilən dəyişikliyin ən təqdirəlayiq hallarından biri kimi dəyərləndirilməlidir.

 

“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə dair rəy