2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyi

 

Ümumi iqtisadi inkişafı xarakterizə edən və əsas makroiqtisadi göstərici olan ÜDM istehsalı nəzərdə tutulmuş 43635,5 mln. manat proqnoza qarşı 34578,7 mln. manat və ya 79,2% icra olunmuşdur.

 

Hesabat ilində dövlət büdcəsinin gəlirləri 12177,0 mln. manat proqnoza qarşı 10325,9 mln. manat və ya 84,8% icra olunmuşdur ki, bu da 2008-ci illə müqayisədə 436,8 mln. manat və ya 4,1% azdır. Daxilolma səviyyəsinə uyğun olaraq dövlət büdcəsinin xərcləri 2009-cu ildə əvvəlki illə müqayisədə 270,3 mln. manat az icra edilmiş, başqa sözlə 12355,0 mln. manat proqnoza qarşı icra 10503,9 mln. manat və ya 85,0% təşkil etmişdir. 2008-ci ilə nisbətən 2009-cu ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 3,1% artaraq 29,9%, xərcləri isə 3,6% artaraq 30,4% təşkil etmişdir. Qlobal böhran şəraitində dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsinin artırılması və büdcə xərclərinin çoxaldılması hesabına fiskal tənzimlənmənin və ya yenidən bölgü funksiyasının gücləndirilməsi beynəlxalq təcrübədə antiböhran tədbirlərinin tərkib elementləri kimi qəbul edilir.

 

“Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyi