Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinin layihəsi ilə bağlı Rəy

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Rəy

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra Fond) gəlirləri  2010-cu il üçün 1757216,2 min manat nəzərdə tutulmuşdur ki, bu da 2009-cu illə müqayisədə 18331,2 min manat və ya 1,03% azdır.  Qeyd edək ki, 2009-cu ilin sonuna gözlənilən icra göstəricisi ilə müqayisədə 2010-cu ilin proqnozu göstəricisi  14,1% çoxdur. Hər iki məlumatın təhlili Fondun 2010-cu il üçün büdcəsinin tərtibi zamanı daha ehtiyatlı yanaşmanın tətbiq edildiyini göstərir. Ümumilikdə Fondun gəlirlərinin formalaşmasında məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri əsas paya malikdir. 2008-2010-cu illər üçün Fondun gəlirlərində 2009-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin xüsusi çəkisi daha yüksək olmuşdur. 2010-cu il proqnoz məlumatlarına görə dövlət büdcəsindən transfertlər Fondun gəlirlərinin 30,1%-ni təşkil edir.

 

Fondun xərclərinin əsas hissəsi əhaliyə ödənişlərin təmin edilməsinə yönəldilib. Belə ki, 2010-cu ildə bu istiqamət üzrə xərclər cəmi xərclərin 96,2%-ni təşkil edir. Gələn il əhaliyə 1689700,0 min manat məbləğində ödəniş həyata keçirilməsi planlaşdırılır ki, bu da 2009-cu illə müqayisədə 17,8 mln. manat və ya 1,04% az, 2009-cu ilin sonuna gözlənilən icra səviyyəsi ilə müqayisədə isə 2,5% çoxdur.

 

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Rəy