Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının

R Ə Y İ 

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi (bundan sonra Rəy) “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və Hesablama Palatasının Daxili Nizamnaməsinin 12-ci maddəsinin tələblərinə, habelə “Dövlət büdcəsinin icrası barədə müvafiq qanun layihəsinə və illik hesabata dair Hesablama Palatasının rəyinin hazırlanması, baxılması və təsdiq edilməsi Qaydaları”na uyğun hazırlanmışdır.

Rəyin tərtib olunmasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsindən, 2014-cü il dövlət büdcəsinin icrası üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin aylıq və illik hesabatlarından, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rüblük hesabat və statistik məlumatlarından, Palata tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin, həmçinin büdcə təşkilatlarından Palataya daxil olan maliyyə və digər hesabatlar əsasında aparılmış təhlillərin nəticələrindən, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabat və tədqiqatlarından istifadə edilmişdir.

Rəy aşağıdakı bölmələrdən ibarətdir:

“Ümumi məlumatlar” bölməsində Rəyin hazırlanması zamanı istifadə edilən məlumat mənbələri, habelə Rəyin strukturu barədə izahat verilmişdir.

I bölmədə hesabat ilində dünyada və ölkəmizdə makroiqtisadi meyllər qeyd olunmuş, dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait və büdcə parametrlərinin ümumi təhlili aparılmış, təqdim edilmiş hesabata əsasən “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun ayrı-ayrı maddələrinin, habelə, müəyyən olunmuş limit və ya hədlərin icrası vəziyyəti araşdırılmışdır.

II bölmədə dövlət büdcəsi gəlirlərinin müəyyən edilmiş proqnozlarının vergi və digər gəlir mənbələri, tədiyə və mülkiyyət növləri, habelə bir sıra iri dövlət vergi ödəyiciləri üzrə icra vəziyyəti təhlil edilmişdir.

III bölmədə dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının bölmələri, köməkçi bölmələri və bəzi hallarda isə paraqrafları səviyyəsində dövlət idarəetmə, müdafiə və hüquq-mühafizə orqanlarında, sosialyönümlü sahələrdə, 5 iqtisadiyyatın real sektorunda və iqtisadi fəaliyyətin digər sahələrində, habelə təsdiq edilmiş proqram və layihələr üzrə vəsaitlərdən istifadə vəziyyəti ətraflı araşdırılmışdır.

IV bölmədə dövlət borcunun mövcud durumu, dövlət borclanma limitinə riayət olunması, büdcə kəsiri və onun maliyyələşdirilməsi mənbələrindən istifadə vəziyyəti təhlil olunmuşdur.

V bölmədə təhlillər nəticəsində ədlə edilmiş ümumi nəticələr əks etdirilmişdir.

 

Əlaqəli fayl(-lar):

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi