Hesablama Palatasının sədri AZƏRTAC-a müsahibə vermişdir
Əlavə olunub: 2020-08-28

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Dövlət İnformasiya Agentliyinin pandemiya şəraitinin dövlət maliyyəsinin idarəedilməsinə təsirləri ilə bağlı suallarını cavablandırmışdır.

 

V. Gülməmmədov cari ilin dövlət büdcəsinə edilmiş dəyişikliklərin və  növbəti ilin dövlət büdcəsinin əsas xüsusiyyətləri, dövlət satınalmalarının rolu və onu xarakterizə edən göstəricilər, eyni zamanda 2021-ci ildən tətbiqi nəzərdən tutulan Orta Müddətli Xərclər Çərçivəsinin əhəmiyyəti ilə bağlı Hesablama Palatasının münasibətinə toxunmuş, bu istiqamətlərdə suallara cavab vermişdir.

 

Müsahibə ilə saytın müvafiq bölməsindən tanış olmaq olar.