Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2020-08-04

Hesablama Palatası Kollegiyasının növbəti iclası videoformat şəklində baş tutmuşdur.

 

İclasda ““Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə”, ““Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyləri müzakirə edilmişdir.

 

Kollegiyada Hesablama Palatasının Rəylərinin  Azərbaycan Respublikasının  Milli  Məclisinə təqdim edilməsi  qərara alınmışdır.

 

Rəylərlə saytın müvafiq bölməsindən tanış olmaq olar.