Kotirovka sorğusu üsulu ilə satınalınmaya dair bildiriş
Əlavə olunub: 2020-07-21

Azərbaycan Respublikasının Hesablama Palatası yanğınsöndürən balonların doldurulması və texniki təmir işlərinin satınalınması ilə əlaqədar kotirovka sorğusu həyata keçirir. Malgöndərənlər təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 27 iyul 2020-ci il tarixdə saat 13:00-a qədər Hesablama Palatasının Tender komissiyasına təqdim etməlidirlər. Zərflər 27 iyul 2020-ci il tarixdə saat 15:30-da  aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. Malgöndərənlər kotirovka sorğusunun əsas şərtlər toplusunu Hesablama Palatasının inzibati binasında əlaqələndirici şəxsdən əldə edə bilərlər.

Əlaqələndirici şəxs: Nizami Alməmmədov

Telefon: (012) 493-32-11 (daxili 252)

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 33, AZ1000

E-mail:  office@sai.gov.az