Dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatası sədrinin çıxışı və rəyin xülasəsi internet səhifəsində yerləşdirilmişdir
Əlavə olunub: 2020-06-05

2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata Hesablama Palatası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etdiyi rəyini müvafiq qaydada Azərbaycan Respublilkası Milli Məclisinə təqdim etmişdir.

 

Məlumat üçün qeyd edək ki, Hesablama Palatasının sədri V. Gülməmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyini təqdim etmişdir.

 

Eyni zamanda, Azərbaycan Respublikasın Hesablama Palatasının 2019-cu  ilin dövlət büdcəsinə dair rəyi üzrə xülasə də hazırlanmışdır. Xülasə dövlət vəsaitlərinin istifadəsinə nəzarətin genişləndirilməsi, şəffaflığın və hesabatlığın yüksəldilməsi, həmçinin bu sahədə ölkəmizin reytinq cədvəllərində yerinin möhkəmləndirilməsi məqsədi ilə tərtib edilmişdir.

 

Bu yanaşma beynəlxalq təcrübədə geniş tətbiq edilir və  Beynəlxalq Büdcə Tərəfdaşlığı çərçivəsində Açıq Büdcə İndeksi ilə bağlı hesabatın hazırlanması zamanı kənar dövlət maliyyə orqanlarının fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınır. 

 

Hesablama Palatasının sədri V. Gülməmmədovun  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində çıxışı və dövlət büdcəsinin icrası ilə bağlı rəy əsasında tərtib edilmiş xülasə saytın müvafiq bölmələrində yerləşdirilmişdir.