Kotirovka sorğusu üsulu ilə satınalınmaya dair bildiriş
Əlavə olunub: 2020-06-04

Azərbaycan Respublikasının Hesablama Palatası 1 C mühasibat uçotu proqramına 2020-ci ilin sonunadək texniki xidmətlərin göstərilməsinin satınalınması ilə əlaqədar kotirovka sorğusu həyata keçirir. Malgöndərənlər təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 16 iyun 2020-ci il tarixdə saat 17:00-a qədər Hesablama Palatasının Tender komissiyasına təqdim etməlidirlər. Zərflər 17 iyun 2020-ci il tarixində saat 11:00-da  aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. Malgöndərənlərin səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər. Malgöndərənlər kotirovka sorğusunun əsas şərtlər toplusunu Hesablama Palatasının inzibati binasında əlaqələndirici şəxsdən əldə edə bilərlər.

Əlaqələndirici şəxs: Nizami Alməmmədov

Telefon: (012) 493-32-11 (daxili 252)

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 33, AZ1000

E-mail:  office@sai.gov.az