Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir
Əlavə olunub: 2020-05-22

Kollegiya iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi müzakirə edilmişdir.

 

İclasda 2019-cu ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər diqqətə çatdırılmış, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə məlumat verilmişdir.

 

Kollegiya iclasında  “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyinin  Azərbaycan Respublikasının  Milli  Məclisinə təqdim edilməsi  qərara alınmışdır.