Hesablama Palatasının Kollegiya üzvləri və struktur bölmə rəhbərləri ilə müzakirələr aparılmışdır
Əlavə olunub: 2020-03-29

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya üzvləri və struktur bölmə rəhbərləri ilə yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Opertiv Qərargahın qərarlarından irəli gələn məsələlərin həlli, qarşıda duran vəzifələrin icrası və əməkdaşların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər və 2019-cu il Hesablama Palatasının fəaliyyəti ilə bağlı Hesabatı barədə müzakirələr aparılmışdır.

 

Müzakirələrdə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl edilməsi ilə bağlı tapşırıqlar verilmişdir.

 

İnfeksiyanın qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirləri dəstəkləmək və həmrəylik məqsədilə, kollektivin müraciətini diqqətə alaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürülməsi barədə qərar qəbul olunmuş və bu işin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov xüsusi rejimdə rəhbər şəxslərin fəaliyyətinin təşkil olunması, iclasların, müzakirələrin və toplantıların yalnız telefon və internet rabitəsi vasitəsilə keçirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

 

Hesablama Palatasının 2019-ci il üçün fəaliyyət hesabatı müzakirə edilmiş, hesabat çap edildikdən sonra Milli Məclisə göndərilməsi qərara alınmışdır.