Kotirovka sorğusu üsulu ilə satınalınmaya dair bildiriş
Əlavə olunub: 2020-03-03

Azərbaycan Respublikasının Hesablama Palatası inzibati binasında kondisioner sisteminə və “SIGMA” markalı sərnişin liftinə 2020-ci ilin sonunadək texniki xidmətlərin göstərilməsi ilə əlaqədar 2 lot üzrə kotirovka sorğusu həyata keçirir.

Lot 1: Hesablama Palatasının inzibati binasında kondisioner sisteminə texniki xidmətlərin göstərilməsinin satınalınması.

Lot 2: Hesablama Palatasının inzibati binasındakı “SIGMA” markalı sərnişin liftinə 2020-ci ilin sonunadək texniki xidmətlərin göstərilməsinin satınalınması.

İddiaçılar təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 10 mart 2020-ci il tarixdə saat 17:00-a qədər Azərbaycan Respublikası Hesablama Palatasının Tender komissiyasına təqdim etməlidirlər. Zərflər 11 mart 2020-ci il saat 11:00-da aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər. İddiaçılar kotirovka sorğusunun əsas şərtlər toplusunu Hesablama Palatasının inzibati binasında əlaqələndirici şəxsdən əldə edə bilərlər.

Əlaqələndirici şəxs - Nizami Alməmmədov

Telefon - (012) 493-32-11 (daxili 252)

Ünvan - Bakı şəhəri, Xaqani küçəsi 33, AZ1000

E-mail - office@sai.gov.az