Milli Fəaliyyət Planında Hesablama Palatası üzrə tövsiyələr verilmişdir
Əlavə olunub: 2020-03-02

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 27 fevral 2020-ci il tarixli Sərəncamla “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” (MFP) təsdiq edilmişdir.

 

Sərəncamda MFP-nın açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, açıq hökumətin təşviqi ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi daşıdığı qeyd edilmiş, Azərbaycan Respublikasının Hesablama Palatasına Fəaliyyət Planının “Maliyyə şəffaflığının təmin edilməsi sahəsində tədbirlər” bölməsində nəzərdə tutulan aşağıdakı tədbirlərin icrasını təmin etməsi tövsiyə olunmuşdur.

 

 

 

N

Tədbirin adı

Qiymətləndirmə indikatoru

İcraçı/Tövsiyə

İcra müddəti

2.9.

Dövlət maliyyə nəzarətini həyata keçirən orqanlar tərəfindən nəzarət tədbirlərinin nəticələrinin açıqlanması

Məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsi

İcraçılar:

Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi,

Tövsiyə edilir: Hesablama Palatası

2020-2022

2.12.

Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının icrasına dair Hesablama Palatasının rəylərinin və Hesablama Palatasının illik fəalliyəti haqqında yarımillik və illik hesabatların Palatanın rəsmi internet informasiya ehtiyatında saxlanılması

Məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsi

 

 

Tövsiyə edilir:

 Hesablama Palatası

 

 

2020