Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir.
Əlavə olunub: 2020-02-25

Azərbaycan Respublikası Hesablama Palatasının  növbəti Kollegiya iclasında  həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları  müzakirə olunmuşdur:

 

  • Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri üzrə qəbul edilmiş  2019-cu il 30 oktyabr tarixli 144 nömrəli Kollegiya qərarının icra vəziyyətinin monitorinqinin nəticələri haqqında ;  

 

  • “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitinin icrası üzrə maliyyə və uyğunluq auditinin nəticələri haqqında;

 

  • Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” Layihəsi üzrə səmərəlilik auditinin nəticələri haqqında.

 

İclasda Monitorinqin və audit tədbirlərinin nəticələri  haqqında Auditor Hesabatları müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.

 

İclasda, həmçinin Hesablama Palatasının 2020-ci il üçün  İş Planı üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilmişdir.