Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir.
Əlavə olunub: 2020-01-31

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunmuşdur: 

 

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində inzibatçılığın təşkili vəziyyətinə dair;

 

- Bakı Nəqliyyat  Agentliyi üzrə dövlət büdcəsinə daxilolmaların və büdcədən ayrılan vəsaitlərin icrasının və dövlət əmlakından istifadənin uyğunluğuna dair;

 

- Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2018-ci il üzrə maliyyə hesabatlarının auditinə  dair.

 

Kollegiya iclasında  kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında Auditor Hesabatları müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.

 

Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının  göndərilməsi  qərara alınmışdır.

 

İclasda, həmçinin Hesablama Palatasının 2020 –ci il üçün İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq  edilmişdir.