Hesablama Palatasının strukturunda dəyişiklik edilmişdir
Əlavə olunub: 2020-01-24

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş vəzifələrin icrasının təmin edilməsi və fəaliyyətin beynəlxalq təcrübədə qəbul olunmuş mütərəqqi yanaşmalara uyğunlaşdırılması məqsədilə Hesablama Palatasının strukturunda dəyişikliklər aparılaraq təkmilləşdirilmişdir. Cari ilin fevral ayının 1-dən qüvvəyə minəcək yeni strukturda bir sıra şöbələrin birləşdirilməsi ilə yanaşı iki yeni struktur vahidi də formalaşdırılmışdır.

 

Səmərəlilik (perfomans) auditi ilə bağlı fəaliyyətin genişləndirilməsi məqsədilə Hesablama Palatasında Səmərəlilik auditi sektoru yaradılmışdır və müxtəlif istiqamətlər üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri bu sektor tərəfindən həyata keçiriləcəkdir.

 

Keyfiyyətə nəzarət və fəaliyyət risklərinin idarəedilməsi sektoru beynəlxalq standart və təcrübəyə uyğun şəkildə Hesablama Palatasının fəaliyyətinin, xüsusilə nəzarət fəaliyyətinin təşkili və risklərin araşdırılması istiqamətində fəaliyyət göstərəcək.