Azərbaycan Respublikası Hesablama Palatasının bu il ilk Kollegiya iclası keçirilimişdir
Əlavə olunub: 2020-01-16

Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə keçirilən ilk Kollegiya iclasında  2019-cu ildə başa çatmış audit tədbirlərinin  nəticələri üzrə qəbul edilmiş Kollegiya qərarlarının icrasının vəziyyətinə dair  3 Monitorinqin və 2 kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Auditor Hesabatları dinlənilmişdir.

 

Hesablama Palatasının Kollegiyasında ötən il qəbul edilmiş qərarların icrası vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən Monitorinqlər bu qərarların icrasına dair müvafiq qurumlar tərəfindən təqdim edilmiş məktublarda əks etdirilmiş məlumatların nəzarət obyektində yoxlanılmasını əhatə etmişdir.

 

İclasda Monitorinqlərin və kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri   haqqında Auditor Hesabatları müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.

 

İclasda, həmçinin Hesablama Palatasının 2020-ci ilin İş Planı üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilmişdir.