Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir
Əlavə olunub: 2019-12-26

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunmuşdur: 

 

- Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin vəsaitlərinin istifadəsinin səmərəliliyinə dair;

 

- Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun 2017-2018-ci illər üzrə maliyyə hesabatlarına dair;

 

-2018-ci ildə keçirilmiş dövlət satınalmalarının qanunvericiliyə uyğunluğunun təhlilinə dair analitik fəaliyyət;

 

-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasına dair.

 

Kollegiya iclasında  hər bir nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının  göndərilməsi, Azərbaycan Respublikasının  Milli  Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

 

İclasda, həmçinin cari məsələlər müzakirə edilərək aidiyyatı üzrə müvafiq tapşırıqlar verilmişdir.