Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir
Əlavə olunub: 2019-12-06

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları  müzakirə olunmuşdur:

 

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə gəlirləri və xərclərinə  dair auditin nəticələri haqqında;

 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” və 2016-cı il 28 yanvar tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş“ 2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində ayrılmış vəsaitlərin və tədbirlər proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının səmərəliliyinə dair.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” və 2016-cı il 28 yanvar tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində ayrılmış vəsaitlərin və tədbirlər proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının səmərəliliyinə dair nəzarət tədbiri Hesablama Palatasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Benefisiar ölkəni təmsil edən Azərbaycan Respublikası Hesablama Palatası və Aİ-yə üzv dövlət (MS) qismində Polşa Ali Audit Ofisi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və İnzibati potensialinin gücləndirilməsi” mövzusunda Tvinninq Layihəsi çərçivəsində Polşa Ali Audit Ofisi əməkdaşlarının iştirakı ilə ilk dəfə olaraq səmərəlilik auditi vasitəsi ilə həyata keçirilmiş və 3 istiqamət üzrə - a) İxtisaslı həkimlərin hazırlanması; b) Passiv və aktiv yolla vərəmin erkən diaqnostika və profilaktikası; c) Vərəm əleyhinə tədbirlər üçün vəsaitin ayrılması istiqamətləri üzrə Dövlət Proqramlarının səmərəliliyi araşdırılmışdır.

 

Kollegiya iclasında  nəzarət tədbirləri üzrə Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunmuşdur. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarlarının və Auditor hesabatlarının göndərilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

 

İclasda, həmçinin Kollegiya qərarlarının icra vəziyyətinə dair auditorların məruzələri dinlənilmiş, İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq  edilmişdir.