



Kotirovka sorğusu üsulu ilə satınalınmaya dair bildiriş
Əlavə olunub: 2019-11-19
Azərbaycan Respublikası Hesablama Palatası kompüter avadanlıqlarına ehtiyat hissələrinin satınalınması ilə bağlı kotirovka sorğusu həyata keçirir. İddiaçılar təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 27 noyabr 2019-cu il tarixində saat 17:00-a qədər Azərbaycan Respublikasının Hesablama Palatasının Tender komissiyasına təqdim etməlidirlər. Zərflər 28 noyabr 2019-cu il tarixində saat 11:00-da aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Əlaqələndirici şəxs: Malik Quliyev
Telefon: (012) 493-32-11 (daxili 212)
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 33, AZ1000
E-mail: office@sai.gov.az