Yeni auditor kollektivə təqdim olunmuşdur
Əlavə olunub: 2019-10-24

24 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yeni təyin olunmuş auditor Hafiz İsmayılbəylini Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin kollektivinə təqdim etmişdir.

 

Vüqar Gülməmmədov auditor Hafiz İsmayılbəyli barədə ətraflı məlumat verərək qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün idarənin kollektivinə tövsiyələrini vermişdir.

 

Qeyd edək ki, Hafiz Mahir oğlu İsmayılbəyli Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 22 oktyabr tarixli 1679-VQR nömrəli Qərarı ilə təyin olunmuşdur.