Kotirovka sorğusu üsulu ilə satınalınmaya dair bildiriş
Əlavə olunub: 2019-10-15

Azərbaycan Respublikası Hesablama Palatası ofis avadanlıqlarının satınalınması ilə bağlı kotirovka sorğusu həyata keçirir. İddiaçılar təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 22 oktyabr 2019-cu il tarixində saat 17:00-a qədər Azərbaycan Respublikasının Hesablama Palatasının Tender komissiyasına təqdim etməlidirlər. Zərflər 23 oktyabr 2019-cu il tarixində saat 11:00-da  aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

 

Əlaqələndirici şəxs: Malik Quliyev

Telefon: (012) 493-32-11 (daxili 212)

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 33, AZ1000

E-mail:  office@sai.gov.az