Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir
Əlavə olunub: 2019-10-11

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbiri üzrə Auditor Hesabatı müzakirə olunmuşdur: 

 

  • Dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ayrılan vəsaitlərin istifadəsinə  dair.

 

Kollegiya iclasında  nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının göndərilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

 

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar və “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması qaydaları”nın layihəsi  müzakirə olunaraq  təsdiq  edilmişdir.