Hesablama Palatasının sədri kölgə iqtisadiyyatı ilə mübarizədə ali audit orqanlarının rolu barədə çıxış etmişdir
Əlavə olunub: 2019-09-13

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2019-cu ilin 13 sentyabr tarixində “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda təşkil edilmiş elmi-praktik konfransda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Kölgə iqtisadiyyatı ilə mübarizədə ali audit orqanlarının rolu” mövzusunda çıxış etmişdir.

 

Hesablama Palatasının sədri kölgə iqtisadiyyatın təsir effektləri barədə məlumat vermiş, dövlət auditini həyata keçirən qurum olaraq Hesablama Palatasının kölgə iqtisadiyyatı ilə mübarizədə fəaliyyətinin istiqamətlərini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

 

Hesablama Palatasının sədri V. Gülməmmədovun “Kölgə iqtisadiyyatı ilə mübarizədə ali audit orqanlarının rolu” mövzusunda təqdimatı ilə saytın müvafiq bölməsindən tanış ola bilərsiniz.