Hesablama Palatasının əməkdaşı Çin Xalq Respublikasında Asya İnkişaf Bankının təşkilatçılığı ilə keçirilən “Asiya Qiymətləndirmə Həftəsi” üzrə tədbirdə iştirak etmişdir
Əlavə olunub: 2019-09-11

Azərbaycan Respublikasının Hesablama Palatasının İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov  Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Çin Xalq Respublikasının Kunminq şəhərində “Daha yaxşı nəticələr əldə etmək üçün keyfiyyətin qiymətləndirilməsi yerli, milli və regional perspektivlər mövzusuna həsr olunmuş” 2019-cu il üzrə “Asiya Qiymətləndirmə Həftəsi” üzrə tədbirdə iştirak etmişdir. Tədbirə 51 ölkədən, beynəlxalq təşkilatlardan və akademiyalardan 200-dən çox iştirakçı və qiymətləndirmə üzrə ekspertlər qatılmışdır.

“Asiya Qiymətləndirmə Həftəsi” Çin Xalq Respublikası Maliyyə Nazirliyinin təşkil etdiyi və Asiya İnkişaf Bankının maliyyəşdirdiyi Asiya və Sakit Okean regionunda qiymətləndirmə üzrə əsas bilik proqramıdır. Tədbirdə Çin Xalq Respublikası Maliyyə Nazirliyinin, Asiya İnkişaf Bankının,  Şanxay Milli Hesablar Institutunun,  Asiya və Sakit Okean regionu üzrə Maliyyə və İnkişaf İnstitutunun,  Beynəlxalq Valyuta Fondunun,  Yaponiya  Beynəlxalq Əməkdaşlıq Təşkilatnın, Dünya Bankının və İslam İnkişaf Bankının rəhbər işçilərinin və ekspertlərin təqdimatları təqdim olunmuş və müzakirələr aparılmışdır. Təqdimatların əsas mövzuları “Fəaliyyətinin səmərəliyinin qiymətləndirilməsi – Milli İdarəetmə Sistemində daha səmərəli idarəetmə potensialının gücləndirilməsi”, “Qeyri-ənənəvi pul siyasətləri üzrə Beynəlxalq Valyuta Fondunun tövsiyələrinin qiymətləndirilməsi”, “Əldə edilmiş biliklərdən nəticələrə: keyfiyyətə dair qiymətləndirilmənin rolu” və “Dünya Bankı Qrupunun regional inteqrasiyanın dəstəkləməsinin qiymətləndirməsində yanaşması”, “Fəaliyyətin Təhlili” daha yaxşı nəticələr əldə etmək üçün keyfiyyətin qiymətləndirilməsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının təşəbbüsü, “Vasitəli borc vermə: əldə edilmiş nəticələrinin qiymətləndirilməsi”, “Milli səviyyədə məqsədlərin qiymətləndirilməsi”  və “Dövlət büdcəsinin səmərəli idarə edilməsi”  olmuşdur.

 

Çin Xalq Respublikasının dövlət büdcəsinin səmərəli idarə edilməsi ilə əlaqədar təqdimatda bu prosesin uğurlu yerinə yetirilməsi üçün Çinin Maliyyə Nazirliyi və Milli Audit Ofisi arasında səmərəli  əlaqələrin qurulması və bu işdə onlar tərəfindən yerinə yetirilən funksiyaların bölüşdürülməsi və nəticəyə əsaslanan büdcənin səmərəli idarə edilməsində məlumat mübadiləsinin operativliliyinin təmin edilməsi, büdcənin səmərəli idarəedilməsinin  və hesabatlılığının  səviyyəsinin yüksəldilməsilə bağlı məsələlər əksini tapmışdır. Müzakirələr zamanı büdcənin səmərəliliyinin qiymətləndirilməsi üçün vacib şərtlərdən biri kimi  nəticə əsaslı və  strateji planlara əsaslanan fəaliyyət proqramlarından ibarət olan büdcənin tərtib edilməsinin zəruriliyi vurğulandı. Bununla yanaşı büdcənin səmərəliliyinin təmin ediməsində, o cümlədən  büdcənin gəlir və xərcləri, proqram və layihələrin icrası, habelə dövlət borcları üzərində nəzarətin həyata keçirilməsində və daxili  nəzarətin qiymətləndirilməsində auditin  yüksək rola malik olduğu bildirildi.