Hesablama Palatasının əməkdaşı Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondunun təlimində iştirak etmişdir.
Əlavə olunub: 2019-07-25

Azərbaycan Respublikası Hesablama Palatasının İcmal-analitik şöbəsinin sektor müdiri Sənay Paşayev Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu tərəfindən keçirilən Kapital axınlarının idarəedilməsi: Makroiqtisadi təhlil və siyasət adlı təlimdə iştirak etmişdir.

 

Təlimə 37 ölkədən 42 nəfər iştirakçı qatılmışdır. Təlim kapital axınları, tədiyə balansı, maliyyə inteqrasiyası, beynəlxalq kapital maliyyə bazarlarının qlobal tendensiyaları, makroiqtisadi dəyişkənlik, kapital hesabının liberallaşdırılması, maliyyə açıqlığının (Financial Openness) müsbət və mənfi tərəfləri, kapital axınlarının izlənilməsi və proqnozlaşdırılması, maliyyə böhranları, makroiqtisadi siyasət, o cümlədən fiskal və monetar siyasət, valyuta məzənnəsi siyasəti, maliyyə tənzimlənməsi, kapital axının idarəedilməsi və valyuta məzənnəsi müdaxilələri üzrə mövzu, təqdimat və çalışmaları əhatə etmişdir.

 

Təlimin sonunda yekun test imtahanı keçirilmiş və iştirakçılara sertifikatlar təqdim edilmişdir.