Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir
Əlavə olunub: 2019-07-18

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunmuşdur: 

 

- Dövlət büdcəsindən Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumunun tutulmasına dair;

 

- “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadəsinə dair.

 

Kollegiya iclasında  hər bir nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının  göndərilməsi, Azərbaycan Respublikasının  Milli  Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

 

Kollegiyada 2019-cu ilin 6 ayında kənar dövlət maliyyə nəzarətinin nəticələri üzrə Hesablama Palatasının qəbul etdiyi Kollegiya Qərarlarının icra vəziyyəti barədə auditorların məruzəsi dinlənilmiş, müvafiq tapşırıqlar verilmiş, eyni zamanda İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar  müzakirə olunaraq  təsdiq  edilmişdir.

 

İclasın sonunda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyun tarixli 1284 nömrəli Sərəncamına əsəsən Hesablama Palatasının bir sıra əməkdaşlarına “Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə” görə təltif olunduqları “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim edilmişdir.