“Dövlət auditi” bülleteninin 2-ci nömrəsi saytda yerləşdirilmişdir
Əlavə olunub: 2019-07-10

Hesablama Palatasının 2017-ci ildən çapına başladığı “Dövlət auditi” rüblük bülletenin 2019-cu il üçün 2-ci nömrəsi çapdan çıxmışdır. 

 

Bu nömrəyə İş Planına uyğun başa çatdırılmış bir neçə nəzarət tədbirinin nəticələri, həmçinin Hesablama Palatası sədrinin  Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumunda çıxışı,  əməkdaşlarımız tərəfindən fiskal dayanıqlılığın qiymətləndirilməsi, AAQ-ların yaratdığı əlavə dəyərin ölçülməsi ilə bağlı araşdırmaları daxil edilmişdir.

 

Bülletenin 2-ci nömrəsində, eyni zamanda, Hesablama Palatasının ev sahibliyi etdiyi beynəlxalq tədbir və Latviya Dövlət Audit Ofisi ilə bağlı məlumat, Polşa Dövlət Audit Ofisinin rəhbəri Kristof Kviatkovski ilə müsahibə ilə də tanış olmaq olar.

 

 “Dövlət auditi” bülleteninin 2019-cu il üçün 2-ci nömrəsi saytın müvafiq bölməsində yerləşdirilmişdir.