Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir.
Əlavə olunub: 2019-06-28

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları  müzakirə olunmuşdur: 

 

  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə dövlət büdcəsindən toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə təsərrüfatlara ayrılan subsidiyanın proqnozlaşdırılması və icrasının təhlilinə dair;

 

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası üzrə aparılan  uyğunluq auditinə dair. 

 

Kollegiya iclasında  nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Azərbaycan Respublikasının  Milli  Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.