Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir.
Əlavə olunub: 2019-06-19

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunmuşdur: 

 

  • “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan büdcə vəsaitlərinin icrasına və dövlət əmlakından istifadəyə dair;

 

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası üzrə maliyyə və uyğunluq auditinə dair.  

 

Kollegiya iclasında  nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Azərbaycan Respublikasının  Milli  Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

 

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram  müzakirə olunaraq  təsdiq  edilmişdir.