Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir.
Əlavə olunub: 2019-05-31

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir. 

 

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunmuşdur: 

 

- Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Masallı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi üzrə uyğunluq auditinə dair;   

 

- “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlir və xərclərinin təhlilinə dair .

 

Kollegiya iclasında  nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Azərbaycan Respublikasının  Milli  Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

 

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar   müzakirə olunaraq  təsdiq  edilmişdir.