Azərbaycan Respublikası Hesablama Palatası INTOSAI-ın Toplantısına ev sahibliyi etmişdir
Əlavə olunub: 2019-05-23

Azərbaycan Respublikası Hesablama Palatasının təşkilatçılığı ilə Bakıda bu ilin may ayının 23-dən 25-dək davam edəcək  INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı keçirilir.

 

INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq təşkilatı) İdarə Heyətinin təsis etdiyi Dövlət Borcu üzrə İşçi Qrupun əsas məqsədi “standartların təqdim edilməsi, qabaqcıl təcrübə mübadilələrinin təşkili, qarşılıqlı maraq və problemli məsələlərə dair tədqiqat aparmaq da daxil olmaqla bilik mübadiləsi vasitəsilə  Ali Audit Qurumlarının əməkdaşlığı və davamlı inkişafı”dır.

 

25 il ərzində INTOSAI Bilik Mübadiləsi Komitəsinin nəzdində fəaliyyət göstərən  və 34 uzv   Ali Audit Qurumundan (AAQ) ibarət olan İşçi Qrupa sədrliyi 2017-ci ildə Fillippin Audit Komissiyası öz üzərinə götürmüşdür.

 

27 olkənin Ali Audit qurumunun nümayəndə heyətinin iştirak etdiyi İşçi Qrupun Bakı toplantısının ilk günündə qonaqları salamlayan Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  toplantının məqsədi, mövzusu barədə məlumat verdi, islahatlar dövründə  dövlət borcunun idarəedilməsi və auditi  mövzusunun hər bir ölkə üçün aktuallığından danışdı, ölkələr arasında dövlət auditi sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin   zəruriliyini vurğuladı.

 

Filippin  Audit Komissiyasının  və INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupun Sədri Michael G. Aguinaldo açılış nitqində çoxtərəfli və ikitərəfli əməkdaşlığın Ali Audit Qurumlarının  fəaliyyətində rolundan danışdı,Toplantının işinə uğurlar arzuladı. Toplantının təsdiq edilmiş  gündəliyinə əsasən İşçi qrupun  fəaliyyəti haqqında sədr Michael G. Aguinaldo hesabat  təqdim etdi. 

 

Sonra INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupunun yeni üzv ölkələri və onları təmsil edən nümayəndələr təqdim olundu.

 

Dünya Bankının Borcun İdarə edilməsi Ofisinin (DMF) meneceri və baş təhlilçisi Li Hakim, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının  (UNCTAD) nümayəndəsi Stefani Blankenburq, ADA Universitetinin müəllimi, beynəlxalq təlimçi Elçin Rəşidov mövzu ilə bağlı maraqlı təqdimatla çıxış etdilər.

 

ADA Universitetinin müəllimi, layihə maliyyəsi, layihə qiymətləndirilməsi və ekspertizası və biznesin statistik təhlili mövzularında beynəlxalq təlimçi  Elçin Rəşidov mövzu ilə bağlı məruzəsində qeyd etdi ki, dövlət borcu dövlət maliyyəsinin tərkib hissəsidir və borcun idarəedilməsi rifahın yüksəldilməsi məqsədini daşımalıdır.

 

Toplantıda  Dövlət Borcu üzrə İşçi Qrupun Katibliyinin hesabatlarının, 2020-2022-ci illər üçün Dövlət Borcu üzrə İşçi Qrupun İş Planının, 2018-ci ilin oktyabr ayında keçirilmiş sorğu nəticələrinin xülasəsinin, Dövlət Borcu Auditinin məlumat bazası üzrə ekspertlər şəbəkəsinin çıxışları, İş planındakı tədbirlər üzrə tapşırıq qruplarının tərkibinin müəyyən edilməsi, 2017-2019-cu illər üzrə İş Planı və   veb-səhifəsinin müzakirəsinin dinlənilməsi nəzərdə tutulur.

 

Toplantı öz işini sabah da davam etdirəcək.