Filippin Audit Komissiyasının və INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupun Sədri Michael G. Aguinaldo Hesablama Palatasında olmuşdur
Əlavə olunub: 2019-05-22

Filippin  Audit Komissiyasının  və INTOSAI  Dövlət Borcu üzrə İşçi Qrupun Sədri  Michael G. Aguinaldo  rəhbərlik etdiyi nümayəndə heyəti 22 may 2019-cu il tarixində Hesablama Palatasının ev sahibliyi ilə Bakıda 23-25 may 2019-cu il tarixlərində keçiriləcək INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı  iştirak etmək üçün Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Hesablama Palatasında olmuş və Palatanın sədri Vüqar Gülməmmədovla görüşmüşdür.

 

Filippin  Audit Komissiyasının  və INTOSAI  Dövlət Borcu üzrə İşçi Qrupun Sədri  Michael G. Aguinaldo  Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədova dəvət üçün təşəkkür  edərək iki ölkənin Ali Audit Qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirmişdir.

 

Görüş zamanı, INTOSAI-ın üzv Ali Audit Qurumları üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyəti vurğulanmış və tədbirin təşkilatın özü və üzv dövlətlər üçün olan əhəmiyyəti diqqətə çatdırılmışdır.

 

Bundan başqa hər iki ölkənin kənar dövlət maliyyə nəzarəti orqanı olaraq qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə əməkdaşlığının perspektivləri müzakirə edilmişdir.