Hesablama Palatasının nümayəndəsi MDB iştirakçısı olan dövlətlərin AAQ-ları üçün Maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupunun XIV Toplantısında iştirak etmişdir
Əlavə olunub: 2019-04-29

Hesablama Palatasının əməkdaşı – Sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsinin müdiri Ramiz Qənizadə Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilmiş “MDB iştirakçısı olan dövlətlərin AAQ-ları üçün Maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupunun XIV Toplantısı”nda iştirak etmişdir.

 

Toplantıda ekspert-analitik tədbirlərin (auditlərin) keçirilməsinin keyfiyyətinə nəzarətin aparılmasına dair metodiki tövsiyyələrin, “MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının məlumat mübadiləsi istiqamətində əməkdaşlığı” Standartının layihələrinin təqdimatı keçirilmiş, investisiyaların auditi üzrə mövcud təcrübələrinin ümumiləşdirilməsi nəticəsində əldə olunan  analitik məlumatlar və “2019-2020-ci illər üçün MDB iştirakçısı olan dövlətlərin AAQ-ları üçün Maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupunun Fəaliyyət Planı” ilə bağlı təkliflər müzakirə edilmişdir.

 

Toplantının sonunda qeyd olunan istiqamətdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinmiş və “2019-2020-ci illər üçün MDB iştirakçısı olan dövlətlərin AAQ-ları üçün Maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupunun Fəaliyyət Planı” təsdiq edilmişdir.