Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir.
Əlavə olunub: 2019-04-24

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbiri üzrə Auditor Hesabatı və Hesablama Palatasının Rəyi müzakirə olunmuşdur: 

 

-  Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarə olunması və idarəetməyə verilməsinin təhlilinə dair;

 

-  Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata dair.

 

Kollegiya iclasında  nəzarət tədbiri üzrə Auditor hesabatı və Hesablama Palatasının Rəyi barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Azərbaycan Respublikasının  Milli  Məclisinə müvafiq məlumatın təqdim olunması və Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata dair  Hesablama Palatasının Rəyinin Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim edilməsi  qərara alınmışdır.

 

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram  müzakirə olunaraq  təsdiq  edilmişdir.