Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşları beynəlxalq forumda iştirak etmişlər
Əlavə olunub: 2019-04-22

Hesablama Palatasının əməkdaşları  - İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov, Sosial sahələrin auditi şöbəsinin müdiri Zəfər Rzayev və Sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsinin aparıcı məsləhətçisi Azəri Məmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçirilmiş “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Proqramı”nın icrası üzrə “Cənubi Qafqaz regionunda müvəffəqiyyətlə tətbiq olunan yanaşmalar, nəticələr və çətinlikləri nümayiş etdirmək və paylaşmaq üçün Forum”da iştirak etmişlər.

 

Forumda ümumilikdə 4 ölkədən və beynəlxalq təşkilatlardan olmaqla 100 nəfərə yaxın nümayəndə iştirak etmişdir.

 

Tədbir zamanı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətdə görülən işlər, müvafiq islahatların aparılması zəruri olan sahələr və əsas hədəflər barədə məlumat verilmiş və bu sahədə region dövlətlərinin qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi vurğulanmışdır. Sonra tədbir paralel müzakirələr və təqdimatlar üzrə davam etdirilmişdir. Daha sonra Azərbaycan nümayəndə heyəti digər müzakirələr ilə yanaşı “2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəliyin tətbiqinə Ali Audit Qurumlarının verdiyi töhfələr” paneli üzrə müzakirələrdə iştirak etmişdir. Burada Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə ilkin hazırlıq proseslərinin qiymətləndirilməsində Ali Audit Qurumlarının rolunun vacibliyi bildirilmişdir.

 

Sonda BMT-nin nümayəndəsinin iştirakı ilə Cənubi Qafqaz regionunda sosial və iqtisadi sahələr üzrə mövcud olan bir sıra göstəricilər müzakirə edilmişdir.