Azərbaycan Respublikası və Rusiya Federasiyasının Hesablama Palataları arasında videokonfrans keçirilmişdir
Əlavə olunub: 2019-04-17

17 aprel 2019-cu il tarixində Azərbaycan Respublikası və Rusiya Federasiyasının Hesablama Palataları nümayəndələri arasında videokonfrans formatında “Dövlət auditində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda ikitərəfli seminar keçirilmişdir. Tədbirdə, həmçinin, Rusiya Federasiyasının 60-a yaxın regional hesablama palatasının təmsilçiləri də müşahidəçi statusunda iştirak etmişdir.

 

Videokonfransda aşağıdakı məsələlər üzrə müzakirələr aparılmışdır:

        

- Kənar dövlət auditi prosesinin avtomatlaşdırılması;

- Dövlət auditinin informasiya sisteminin yaradılması;

- Audit prosesində, o cümlədən məlumat bazasının işlənib-hazırlanmasında məlumat-texniki vasitələrinin tətbiq edilməsi.

 

Azərbaycan Respublikasının Hesablama Palatasını videokonfransda İcmal-analitik şöbənin müdürü Vəfa Mütəllimova, Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdürü Cavid Bayramov, Beynəlxalq əməkdaşlıq və İnformasiya Texnologiyaları şöbəsinin müdürü Hilal Hüseynov təmsil etmişdirlər. Beynəlxalq əməkdaşlıq və İnformasiya Texnologiyaları şöbəsinin müdürü Hilal Hüseynov öz təqdimatı zamanı Azərbaycan Respublikası Hesablama Palatasında dövlət auditində informasiya sisteminin yaradılması prosesi haqqında ətraflı məlumat vermişdir.

 

Videokonfrans formatında keçirilən seminarın sonunda qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qeyd edilən mövzu üzrə tərəflər arasında əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinmişdir.