Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir
Əlavə olunub: 2019-04-16

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunmuşdur: 

 

 - Bərdə Rayon Mərkəzi Xəstəxanasına ayrılan büdcə vəsaitlərin icrasına dair;

 

- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Azərbaycan Respublikasının  Milli  Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

 

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar  müzakirə olunaraq  təsdiq  edilmişdir.