Hesablama Palatasının əməkdaşları növbəti dəfə ağac əkmə aksiyasında iştirak etmişdir
Əlavə olunub: 2019-04-13

Hesablama Palatasının əməkdaşları ağac əkmə aksiyasında iştirak etmişdir. Bu dəfə ki aksiya Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə “Bu yaz özün bir təbiət yarat” devizli yaz ağacəkmə kampaniyası çərçivəsində qoruq ərazisində keçirilmişdir. Qeyd edilməlidir ki, aksiyada Hesablama Palatası ilə yanaşı digər dövlət qurumları da iştirak etmiş və ümumilikdə 3 mindən artıq ağac əkilmişdir. Tədbirin sonunda iştirakçılar tarixi qoruğun muzeyi və ərazisi ilə tanış olmuşlar.