Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti ilə bağlı Hesabatı təsdiq edilmişdir
Əlavə olunub: 2019-04-09

Azərbaycan Respublikası Milli Məclisinin 09 aprel 2019-cu il tarixli plenar iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti ilə bağlı Hesabat müzakirə olunmuşdur.

 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək bildirmişdir ki, Hesabat qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilmiş,  bu Hesabatda 2018-ci ildə Hesablama Palatasının əsas fəaliyyət göstəricilərinə dair mühüm informasiyalar öz əksini tapmışdır. V. Gülməmmədov nəzarət fəaliyyətinin nəticələri və bu fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər, hökumət və hüquq-mühafizə orqanları ilə şəffaflığın və hesabatlığın təmin edilməsi barədə əməkdaşlıq, kadrların inkişafı üzrə və beynəlxalq fəaliyyətlər barədə məlumat vermiş və Hesabatın müvafiq qaydada Kollegiya tərəfindən təsdiq olunduğunu nəzərə çatdırmışdır.

 

Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti ilə bağlı millət vəkillərinin təklif və iradları dinlənilmiş, Hesabat geniş müzakirə edilərək təsdiq olunmuşdur.

 

Hesablama Palatası sədri Vüqar Gülməmmədovun Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında çıxışının tam mətni ilə saytın müvafiq bölmələrindən tanış ola bilərsiniz.