Hesablama Palatasının əməkdaşı işçi qrupun iclasında iştirak etmişdir
Əlavə olunub: 2019-04-08

Hesablama Palatasının İcmal-analitik şöbənin İcmal büdcənin təhlili sektorunun  müdiri Zaur Vəliyev 1-4 aprel 2019-cu il tarixlərində INTOSAI - ın təşkilatçılığı ilə Slovakiyanın Bratislava şəhərində Əsas Milli Göstəricilər üzrə İşçi Qrupun 12 - ci toplantısında iştirak etmişdir.

 

İclasda həmçinin Italiya, ABŞ, Çin, İndoneziya, Braziliya, Səudiyyə Ərəbistanı, Slovakiya, Çex Respublikası, Avstriya, Finlandiya, Bolqarıstan, Qazaxıstan, Rusiya Federasiyası, Belarus Respublikası Ali Audit Qurumlarının (AAQ) əməkdaşları, həmçinin, “AFROSAI-E” təşkilatının təmsilçisi, Almaniya Texniki Əməkdaşlıq Təşkilatı (GIZ) və Birləşmiş Vyana İnstitutunun eksperti, Slovakiya Büdcə Məsuliyyətliliyi ofisinin rəhbəri, Maliyyə Nazirliyi Fəaliyyət qiymətləndirilməsi bölməsinin rəhbəri və akademik heyət təmsil olunmuşdur.

 

12-ci iclasda Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun 2018-ci ilin aprel ayından 2019-cu ilin mart ayına qədər fəaliyyəti haqqında hesabatı, INTOSAI-ın işçi qrupunun eyni dövrü əhatə edən fəaliyyəti haqqında hesabat, Rusiya Federasiyası Hesablama Palatası tərəfindən hazırlanan Əsas Milli Göstəricilərin və Makroiqtisadi göstəricilərin auditi qaydaları, həmçinin üzv dövlətlərdən İtaliya, Avstriya, İndoneziya, Slovakiya, Bolqarıstan, Küveyt AAQ-larının Dayanıqlı İnkişaf Məqsədlərinin fəaliyyət auditi ilə bağlılığı mövzusunda təqdimatları dinlənilmişdir.

 

Eyni zamanda, Almaniya Texniki Əməkdaşlıq (GIZ) təşkilatı tərəfindən edilən təqdimatda AAQ-ların Dövlət Maliyyəsinin İdarə edilməsi sistemi və bu çərçivədə Əsas Milli Göstəricilərin rolunun əhəmiyyətliliyi vurğulanmışdır.

 

Iclasın yekunu olaraq Əsas Milli Göstəricilər və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda metodoloji bazasının təkmilləşdirilməsinin zəruriliyi qeyd edilmişdir.