Kotirovka sorğusu üsulu ilə satınalınmaya dair bildiriş
Əlavə olunub: 2019-03-07

Azərbaycan Respublikası Hesablama Palatası “Dəftərxana və təsərrüfat malları”nın, “Yanğınsöndürən balonlarının doldurulması və texniki xidməti”nin və “Hədiyyələrin alınması”nın satınalınması ilə bağlı kotirovka sorğusu həyata keçirir. İddiaçılar təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 27 mart 2019-cu il tarixində saat 17:00-a qədər Azərbaycan Respublikasının Hesablama Palatasının Tender komissiyasına təqdim etməlidirlər. Zərflər 28 mart 2019-cu il tarixində saat 11:00-da  aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İştirakçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

 

Əlaqələndirici şəxs: Nizami Alməmmədov

Telefon: (012) 493-32-11 (daxili 252)

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 33, AZ1000

E-mail:  office@sai.gov.az