Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir.
Əlavə olunub: 2019-02-27

Kollegiya iclasında Palatanın fəaliyyətinin metodoloji əsaslarının təklmilləşdirilməsi istiqamətində tərtib edilmiş “Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə qəbul edilmiş kollegiya qərarlarının icrasına nəzarət edilməsi barədə metodiki göstəriş” və “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən analitik fəaliyyət üzrə tədbirlərin hazırlanması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları” müzakirə olunmuşdur.

 

Hər iki sənəd Hesablama Palatası tərəfindən analitik fəaliyyət üzrə tədbirlərin keçirilməsinin ümumi qaydalarını və prosedurlarını, eləcə də Hesablama Palatası tərəfindən aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə Hesablama Palatası Kollegiyasının qəbul etdiyi qərarların kənar dövlət maliyyə nəzarətinin obyektləri  tərəfindən icra olunmasına Palata tərəfindən nəzarət edilməsi pro­sedurlarını müəyyən etmək məqsədi ilə hazırlanmışdır.

 

İclasda  həmçinin ““Hesablama Palatasının işinin planlaşdırılması Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi   üzrə  müzakirə  aparılmışdır.

 

Metodiki göstəriş və Qaydalar, eləcə də “Hesablama Palatasının işinin planlaşdırılması Qaydaları”na əlavə və dəyişikliklər geniş müzakirə olunaraq təsdiq edilmişdir.

 

Kollegiya iclasında  Hesablama Palatasının 2019-cu il üçün İş planına əsasən bir sıra  dövlət  təşkilatları  və müəssisələrində aparılmış auditin nəticələri üzrə qəbul edilmiş Kollegiya qərarlarının icrası vəziyyətinin monitorinqinin proqramları və Audit proqramları da təsdiq olunmuşdur.