Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir
Əlavə olunub: 2019-02-18

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunmuşdur: 

 

- Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrasına dair;

 

- Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair;

 

- Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılığın təşkili vəziyyətinə dair.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

 

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilmişdir.

 

Kollegiya iclasında, eyni zamanda Hesablama Palatasının nəzarət fəaliyyətini gücləndirilməsi məqsədilə bu fəaliyyətin metodoloji əsasların təklmilləşdirilməsi istiqamətində hazırlanan “Uyğunluq auditinə dair Təlimatı”nın müzakirəsi keçirilmişdir.

 

“Uyğunluq auditinə dair Təlimatı” “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən dərc edilmiş Ali Audit Qurumlarının Beynəlxalq Standartları (ISSAI) 1(Lima Bəyanaməsi), 130 (Etika Məcəlləsi),  100 (Dövlət sektorunda auditin təməl prinsipləri), 400 (Uyğunluq auditinin təməl prinsipləri),  4000 (Uyğunluq auditi standartı) və Beynəlxalq Audit Standartların ümumi prinsiplərinə uyğun hazırlanmışdır.

 

Təlimat qanunvericiliklə Hesablama Palatasına (bundan sonra Palata) həvalə edilmiş vəzifə və hüquqlar daxilində Azərbaycan Respublikasında kənar dövlət maliyyə nəzarəti üzrə uyğunluq auditinin təşkili və keçirilməsini tənzimləyir, Palata tərəfindən aparılan uyğunluq auditinin planlaşdırılması,  aparılması və yekun sənədlərin tərtibi üzrə vahid tələbləri müəyyən  edir.

 

“Uyğunluq auditinə dair Təlimatı” geniş müzakirə olunaraq təsdiq edilmişdir.