Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir
Əlavə olunub: 2019-02-08

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunmuşdur:  

 

- Dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağstafa Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair;

 

- “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə dair.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

 

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir neçə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilmişdir.