Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilimişdir
Əlavə olunub: 2019-01-31

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunmuşdur:  

 

- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman kompleksləri üzrə daxilolmaların və xərclərin icrasına dair;

 

- Dövlət borcunun formalaşması və ona xidmət edilməsinə dair;

 

- “Formula-1” yarışının keçirilməsinə ayrılan vəsaitlərin icrasına dair.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

 

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir neçə kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilmişdir.