Hesablama Palatasının əməkdaşı Türkiyə Respublikasının İstanbul şəhərində Məhkəmə tipli AAQ-ların 3-cü Forumunda iştirak etmişdir
Əlavə olunub: 2019-01-29

24-25 yanvar 2019-cu il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Məhkəmə sistemli Ali Audit Qurumlarının 3-cü Forumu keçirilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatası Hüquq və kadr məsələləri şöbəsinin müdiri Nəsir Sadıqovun iştirakı ilə Foruma müşahidəçi qismində qatılmışdır.

 

Foruma ümumilikdə məhkəmə sistemli Ali Audit Qurumlarını təmsil edən 16 ölkənin, müşahidəçi qismində isə 6 ölkənin Ali Audit Qurumunun nümayəndəsi qatılmışdır.

 

Forumun keçirildiyi iki gündə Ali Adit Qurumlarının korrupsiyaya qarşı mübarizədə rolu və əhəmiyyəti, bu istiqamətdə xarici ölkələrin Ali Audit Qurumlarının təcrübəsi, hüquqi sferalar üzrə müxtəlif məsələlər barədə təqdimatlar olmuş, qarşıda duran vəzifələr barədə müzakirlər aparılmışdır.