12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
Əlavə olunub: 2018-12-11

Azərbaycan  xalqı və dövləti  qarşısında  misilsiz  xidmətləri olan,  yorulmaz fəaliyyəti və zəngin həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış Ulu öndər Heydər Əliyevin vəfatından 15  il keçir.

15 ildir ki, xalqımız hər il bu gün müasir müstəqil Azərbaycanın  qurucusu olan unudulmaz lider Heydər Əliyevin əziz xatirəsini  ehtiramla yad edir.

Azərbaycanın müstəqilliyinin və inkişafının  yeni mərhələsinin təməli  qoyan, ölkəni vətəndaş müharibəsi təhlükəsindən, dövlət çevrilişinə cəhdlərdən xilas edən  müdrik və qətiyyətli dövlət xadimi, əvəzolunmaz şəxsiyyət,  ümummilli lider  Heydər Əliyevi   sonsuz ehtiramla yad edir,  müqəddəs ruhuna Allahdan rəhmət diləyirik.