Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsinin İdarəetmə Komitəsinin 4-cü toplantısı keçirilmişdir
Əlavə olunub: 2018-12-10

2018-ci il dekabr ayının 10-da Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsinin İdarəetmə Komitəsinin 4-cü toplantısı keçirilmişdir. Toplantıda Benefisiar ölkə və üzv dövlətin layihə üzrə Komponent rəhbərləri, Layihə rəhbərləri, Rezident Tvinninq məsləhətçisi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və Proqram İdarəetmə Qurumunun nümayəndələri iştirak etmişlər.

 

Daha sonra üzv dövlətin layihə üzrə Rezident Tvinninq məsləhətçisi cənab Piotr Qostinski layihə çərçivəsində görülmüş işlər barədə danışmış, bu ilin iyun və iyul aylarında 2 və 3-cü Komponentləri olan Maliyyə və uyğunluq və səmərəlilik auditləri çərçivəsində Polşa Milli Audit Ofisi və Krakov Regional Ofisinə keçirilmiş təlim səfərləri, daha sonra isə Hesablama Palatasında ümumilikdə bütün komponentlər üzrə baş tutmuş 6 missiya zamanı fəaliyyətlərin məqsədləri və nəticələri barədə məlumat vermiş və layihənin icrası ilə bağlı 4-cü  hesabatı təqdim etmişdir. Bununla yanaşı, növbəti 2019-cu il üçün planlaşdırılmış tədbirlər barədə məlumat vermişdir.

 

Daha sonra maliyyə və uyğunluq auditi üzrə 2-ci Komponent çərçivəsində növbəti missiya çərçivəsində Hesablama Palatasına səfər etmiş Polşa Ali Audit Ofisinin eksperti cənab Vieslav Kurzika 2-ci komponent çərçivəsində baş tutmuş missiyalar və görülmüş işlər barəsində danışaraq Tvinninq layihəsi çərçivəsində Maliyyə və uyğunluq auditi üzrə auditor rəyinin və hesabatının hazırlanmasının beynəlxalq standartlara uyğunluğu, praktik istiqamətdə aparılan auditlər barəsində öz fikirlərini paylamışdır. Cənab Kurzika maliyyə və uyğunluq auidti üzrə Hesablama Palatası tərəfindən hazırlanmış metodoloji sənədlərin ekspertlər tərəfindən nəzərdən keçirildiyini və müvafiq fikirlərin növbəti missiyalarda bildiriləcəyini qeyd etmişdir. Digər Komponent rəhbərləri toplantının Hesablama Palatası üçün vacibliyini vurğulamış və görüləcək işlərlə bağlı öz gözləntilərini bir daha qeyd etmişlər.

 

Daha sonra müzakirələr aparılmış və layihə çərçivəsində növbəti ildə həyata keçiriləcək fəaliyyətlər barəsində fikir mübadiləsi aparılmışdır.