Azərbaycan Respublikasının Hesablama Palatası ilə Dünya Bankı arasında Qarşılıqlı Anlaşma Sazişi bağlanmışdır
Əlavə olunub: 2018-12-10

07 dekabr 2018-ci il tarixdə Dünya Bankı və Azərbaycan Respublikasının Hesablama Palatası arasında "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi məqsədi ilə Qarşılıqlı Anlaşma Sazişi imzalanmışdır.

 

Qarşılıqlı Anlaşma Sazişnə əsasən Azərbaycan Respublikasının Hesablama Palatası ilə Dünya Bankı,  Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrin icra sonrası satınalmalar üzrə təhlilinin keçirilməsinə dəstək verilməsi, satınalmalar üzrə    səmərəli audit yoxlamalarının aparılması üçün elektron forma, idarəetmə vasitələri və məlumatların təhlili üçün proqram təminatı ilə təchiz edilməsinə yönəldilməklə "Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması"nın planlaşdırılması və həyata keçirilməsi prosesinin əlaqələndirilməsi məqsədi ilə əməkdaşlıq edəcəklər.

 

Eyni zamanda Dünya Bankı Azərbaycan Respublikasının Hesablama Palatasının əməkdaşlarının analitik qabiliyyət və bacarıqlarının gücləndirilməsi və analitik yönümlü proqram təminatının işlənib hazırlanması məqsədi ilə texniki yardım göstərməyi öz üzərinə götürmüşdür.

 

İdarəçilik təcrübəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması  Dünya Bankı və Azərbaycan Respublikasının Hesablama Palatası arasında  uzunmüddətli və dayanıqlı münasibətlərin formalaşdırılmasına zəmin yaradacaqdır.

 

Qarşılıqlı Anlaşma Sazişi imzalandığı tarixdən etibarən 2021-ci ilin dekabr ayınadək qüvvədədir.